Ağstafada avtomobil aşdı - Yaralananlar var

agstafada-avtomobil-asdi
Oxunma sayı: 653

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, rayonun Göycəli kəndi ərazisində idarəetmədən çıxan “VAZ 21012” markalı avtomobilin aşması nəticəsində sürücü, rayonun Köhnə Qışlaq kənd sakini, 1993-cü il təvəllüdlü Elşad Ağamalıyev və sərnişin, 1986-cı il təvəllüdlü Aygün Həsənova ağır bədən xəsarətləri alaraq, Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti ağır olduğundan Gəncədəki tibb ocaqlarından birinə göndəriliblər.

Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır.