Baş Dövlət Yol Polisi İdarəsinin tədqiqatçısı Azər Hüseynovun APA-nın
qərb bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 01.00
radələrində Ağstafa rayonu ərazisində qeydə alınıb. Bakı istiqamətdə
hərəkətdə olan 30 yaşlı Rafiz Əmiraslanovun idarə etdiyi “VAZ-2107”
markalı avtomaşınla 27 yaşlı Tural Nəsirovun idarə etdiyi “VAZ-2107”
markalı avtomobil toqquşub. Hadisə nəticəsində sürücülərdən biri i Rafiz
Əmiraslanov hadisə yerində, digər sürücü Tural Nəsirov isə xəstəxanaya
aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı 4 yaşlı sərnişin Fərid
Əmiraslanov, Qazax rayon Alpout kənd sakini 44 yaşlı Qiyas Sarıyev və
Ağstafa rayon Göycəli kənd sakini, 30 yaşlı Anar Abbasov müxtəlif
dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onların
səhhətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.