Ağstafada iki nəfəri “tok” vurdu - Biri öldü, digəri yaralandı

agstafada-iki-neferi-tok-vurdu
Oxunma sayı: 2267

Ağstafada iki nəfəri elektrik cərəyanı vurub.

"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Tiflis dəmiryol xəttinin Ağstafa rayon ərazisindən keçən hissəsində təmir işləri aparılan zaman baş verib.

Hadisə nəticəsində Ağdaş rayon sakini, ərazidə iş görən 1980-ci təvəllüdlü Daşqın Mustafayev ölüb. Ağstafa rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Həsənov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli