Ağstafada kürəkən qayınatanı bıçaqladı

agstafada-kureken-qayinatani-bicaqladi
Oxunma sayı: 1259

Ağstafada bıçaqlanma olub. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, rayonun Qaçaq Kərəm kənd sakini 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. 

O, əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, K. Əliyev ailədaxili münaqişə zəmnində kürəkəni tərəfindən bıçaqlanıb.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

Elmar Əli