Ağstafada maşının vurduğu 8 yaşlı uşaq öldü

agstafada-masinin-vurdugu-8-yasli-usaq-oldu
Oxunma sayı: 1074

Bu gün Ağstafada minik avtomobilinin vurduğu 8 yaşlı uşaq ölüb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.
 
Kənd sakini 2009-cu il təvəllüdlü Əlləzov Sabir Məhəmməd oğlu yolu keçən zaman avtomobil onu vurub.
 
Sürücü dərhal 8 yaşlı uşağı xəstəxanaya çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
 
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.