Ağstafada “Mercedes” aşdı - Ölən və yaralananlar var

agstafada-mercedes-asdi
Oxunma sayı: 1758

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində sürücü, Qazax rayonu Şıxlı kənd sakini 1991-ci il təvəllüdlü Hacıyev İsmət Mahmud oğlu hadisə yerində ölüb. Maşında olan iki sərnişin də müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli