Ağsu sakini narkotiklə tutuldu

agsu-sakini-narkotikle-tutuldu
Oxunma sayı: 1531

Ağsu sakini Naftalanda narkotiklə tutuldu. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun "Qafqazinfo"ya verdiyi məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağsu rayon sakini İmadəddin Talıbov saxlanılıb. Onun üzərinə baxış zamanı əlində olan polietilen torbada təmiz çəkisi 425 qram olan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 

Faktla bağlı Naftalan ŞPŞ-də araşdırma aparılır.