Ağsu və Füzuli rayonlarında yanğın baş verib

agsu-ve-fuzuli-rayonlarinda-yangin-bas-verib
Oxunma sayı: 639


“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzindən 20 km aralıda yerləşən Məlikçobanlı kəndində baş verib. Hadisə nəticəsində bələdiyyəyə məxsus ərazidə 4 ha biçilmiş taxıl sahəsi yanıb.

Yaxınlıqdakı nar bağları yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Füzuli rayonunda baş verib. Rayonun Aşağı Veysəlli kəndində vətəndaşa məxsus ərazidə 5 ha biçilmiş taxıl sahəsi yanıb. Məlumata görə, digər əkin sahələri yanğından mühafizə olunub.