Ağsuda 4 otaqlı ev yandı

agsuda-4-otaqli-ev-yandi
Oxunma sayı: 641

Ağsu rayonunda vətəndaşa məxsus ev yanıb.
 

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Ərəbmehdibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.