Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var

agsuda-iki-avtomobil-toqqusub-xesaret-alanlar-var
Oxunma sayı: 1035

Ağsu rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 159-cu kilometrliyində, Ağsu şəhəri ərazisində qeydə alınıb.
 
İki “VAZ 2106” markalı minik avtomobilinin toqquşması nəticəsində Ağsu şəhər sakini 1994-cü il təvəllüdlü Cavadzadə Azər Qəhrəman oğlu və rayonun Qəşəd kənd sakini 1980-ci il təvəllüdlü Osmanov Xalid Bayram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.