Ağsuda maşının vurduğu uşaqların adları məlum oldu - Yenilənib

agsuda-masinin-vurdugu-usaqlarin-adlari-melum-oldu
Oxunma sayı: 2592

Ağsu rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsunun Pirhəsənli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“QAZ 3110” markalı minik avtomobili yolu keçən iki uşağı vurub. Hadisə zamanı ağır xəsarətlər alan uşaqlar Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
 
Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

***

Ağsu rayonunda avtomobilin vurduğu iki məktəb şagirdinin adı məlum olub. Bunlar Əlabad kənd sakinləri, 2005-ci il təvəllüdlü Kərimov Polad Mehman oğlu və həmyaşıdı Həsənov Famil Müqabil oğludur.

Hadisə zamanı ağır bədən xəsarətləri alan orta məktəbin 7-ci sinif şagirdləri Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb. Famil Həsənovun vəziyyəti ağırlaşdığı üçün onu təcili olaraq Bakı şəhərinə travmatologiya xəstəxanasına göndəriblər.