Ağsuda “Mercedes” iki piyadanı vurdu, biri öldü

agsuda-mercedes-iki-piyadani-vurdu-biri-oldu
Oxunma sayı: 1068

Ağsu rayonunun Çiyni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 25-də saat 12 radələrində Ağsu rayonunun Çiyni kəndi ərazisində Kürdəmir rayon sakini Hamlet Xəlilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakinləri Edivar Əliyevi və Alim Babayevi vurub. Nəticədə A.Babayev hadisə yerində ölüb, E.Əliyev xəstəxanaya yerləşdirilib.

Ağsu RPŞ tərəfindən araşdırma aparılır.