Ağsuda müəllimənin idarə etdiyi “07” yük maşınının altında qaldı

agsuda-muellimenin-idare-etdiyi-07-yuk-masininin-altinda-qaldi
Oxunma sayı: 1359

 

Ərəbmehdibəy kənd orta məktəbinin müəlliməsi, 1962-ci il təvəllüdlü Salmanova Təranə Nəriman qızının idarə etdiyi 06 BD 074 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn Kürdəmir rayonu Sığırlı kənd sakini, 1951-ci il təvəllüdlü İmamverdiyev Novruz İmamverdi oğlunun idarə etdiyi 90 ML 248 dövlət nömrə nişanlı, HOVA markalı yük maşını ilə toqquşub. Yük maşınının altına girən minik maşınının sürücüsü və 4 sərnişini bir saata yaxın avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Hadisə yerinə gələn FHN-in Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri xüsusi alətlər vasitəsilə maşını kəsərək adamları oradan çıxarıblar.

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Mustafayev Nihad Mustafa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.