Ağsuda silsilə oğurluq edən şəxs saxlanıldı

agsuda-silsile-ogurluq-eden-sexs-saxlanildi
Oxunma sayı: 1463

Ağsuda evlərə və marketlərə qənim kəsilən oğru tutulub.

“Qafqazinfo” xəbər verir ki, o, 26 yaşlı Ağsu sakini Ərəstunzadə Alim Mahir oğlu Ağsu rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Məlumata görə, o, bu ilin 3 martında Nizami küçəsində yerləşən Məmmədov Samir Əlşah oğluna məxsus mağazadan 105 manat nəğd pulu, 15 manat dəyərində siqarət və ətir əşyalarını, 5 martda Rəsulzadə küçəsində yerləşən Kazımov Rəşad Akif oğluna məxsus aptekdən 450 manat nəğd pulu və 10 martda Səməd Vurğun küçəsində yerləşən Xəlilov Bəylər Niyaz oğluna məxsus mağazadan 350 manat nəğd pulu gizli yolla talayaraq, vətəndaşlara maddi ziyan vurub.

Qeyd olunan oğurluq hadisələri ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsilə cinayət işi başlanıb. Araşdırma aparılır.

Rəşad Türkoğlu