Ağsuda üç uşaq anasının intiharının - Təfərrüatı

Ağsuda üç uşaq anasının intiharının
Oxunma sayı: 3556

Xəbər verdiyimiz kimi, Ağsu rayonunun İlxıçı kəndində 1982-ci təvəllüdlü Kərimova Səbirə Tehran qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 23-ü axşam saatlarında baş verən intihara ailədaxili münaqişə səbəb olub.

Belə ki, S.Kərimova uzun müddətdir əri Əfqan Kərimov tərəfindən şiddətə məruz qalıb. O, dəfələrlə ailəsinə zəng vuraraq özünü öldürmək həddinə çatdığını və gəlib ona aparmalarını istəyib. Səbirə intihar etdiyi gün də sonuncu dəfə ailəsinə xəbərdarlıq edib və özünü öldürəcəyini söyləyib.

Məlumata görə, Səbirənin asılmış haldakı cəsədi tapıldıqdan sonra intiharı gizlətmək üçün onu ipdən açaraq yerə uzadıblar. Lakin polislər onun boynunda ip izini aşkarladıqdan sonra əri Əfqan Kərimovu və ailənin digər üzvlərini polis bölməsinə aparıblar. Onlar ilkin dindirmədən sonra sərbəst buraxılıb.

Faktla bağlı cinayət işi açılıb. Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi