Ağsuda yol qəzası - 2 nəfər öldü

agsuda-yol-qezasi
Oxunma sayı: 2846

Ağsu rayonunda yol qəzası baş verib.

FHN-dən “Qafqazinfo”ya verilən məlumata əsasən, rayonun Daşdəmirbəyli kəndində “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü və sərnişin, 1960-cı il təvəllüdlü Məmmədov Əlifağa Qardaşalı oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​