Ağsuda zəlzələ oldu

agsuda-zelzele-oldu
Oxunma sayı: 1828

Bu gün yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə, Ağsu rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” Respublika Seysmoloji Xidmət Mərkəzinə (RSXM) istinadən xəbər verir ki, 3,1 bal gücündə olan zəlzənin ocağı 17 km dərinlikdə yerləşib.

Yeraltı təkan yaşayış məntəqələrində hiss olunmayıb.