Ağzını açmadan 250 min qazanacaq

agzini-acmadan-250-min-qazanacaq
Oxunma sayı: 5346

Türkiyəli aktrisa Nurgül Yeşilçay iranlı rejissor Bayram Fazlının “Yedullahın gözəl cini” kinosunda rol alacaq. 

“Qafqazinfo” xəbər verir ki, Yeşilçay çəkiliş üçün gələn həftə İrana yola düşəcək və 5 həftə Tehranda qalacaq. 

O, lal və kar bir qadın obrazını canlandıracaq. Kino boyu danışmayan aktrisa 250 min Tl qonorar alacaq. 

“Dilaram xarakteri keçirdiyi bir travmadan sonra belə olub.  Bu səbbədən fərqli səslər çıxaracam, jest və mimikalarımla oynayacam” – deyə Nurgül açıqlamasında bildirib.