Ahmet Kuralla Sıla evlənir

ahmet-kuralla-sila-evlenir
Oxunma sayı: 1837

Gah küsüb, gah da barışan aktyor Ahmet Kuralla müğənni Sıla Gencoğlu evlənir. “Qafqazinfo” xəbər verir ki, bu barədə TV 8-də yayımlanan “Gel konuşalım” proqramı məlumat yayıb. 

Cütlüyün yaxın günlərdə ailəvi olaraq tanışlığı baş tutacaq və toy danışıqları aparılacaq. Görüş üçün Sılanın İzmirdə yaşayan ailəsi İstanbula gəlib. 

Sılanın Anadolu bölgəsində olan evində nişan mərasimi baş tutacaq. Tədbirdə cütlüyün dostları, ailə üzvləri iştirak edəcək.