Aİ-dən Dağlıq Qarabağla bağlı açıqlama

ai-den-dagliq-qarabagla-bagli-aciqlama
Oxunma sayı: 712

“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud vəziyyət davam etdirilə bilməz. Beynəlxalq hüquq çərçivəsində bu problemin siyasi həlli tapılmalıdır”.

“Qafqazinfo”nun “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini Brüsseldə Aİ-Ermənistan arasında Əməkdaşlıq Şurasının 17-ci iclasında çıxışı zamanı bildirib.

Diplomat həmçinin, Minsk danışıqlarını dəstəklədiyini ifadə edib.