Aİ Ermənistandan saxlanılan etirazçıların azad olunmasını tələb edir

ai-ermenistandan-saxlanilan-etirazcilarin-azad-olunmasini-teleb-edir
Oxunma sayı: 1345

Avropa İttifaqı (Aİ) Ermənistanda müxalifətin keçirdiyi mitinq zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edib və tərəfləri təmkinli olmağa çağırıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət xidməti nümayəndəsinin yaydığı bəyanatda qeyd edilib.

“Aksiyalar zamanı qanunsuz olaraq saxlanılanların hamısı dərhal azad edilməlidir”,- deyə bəyanatda deyilir.

Daha əvvəl Ermənistan hüquq-mühafizə orqanları eks-prezident Serj Sarkisyanın baş nazir postunu tutmasına etiraz edənlərdən 228 nəfəri saxlayıb. Onlardan 3-ü Ermənistan parlamentinin deputatıdır. Onlara qarşı ictimai asayişi pozmaqla bağlı ittiham irəli sürülüb.