Aİ-nin Azərbaycandakı səfirinin avtomobili qəzaya düşdü

ai-nin-azerbaycandaki-sefirinin-avtomobili-qezaya-dusdu
Oxunma sayı: 1777

Avropa İttifaqın Azərbaycankı Nümayəndəliyinə məxsus avtomobil qəzaya düşüb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, hadisə Bakının Yasamal rayonu ərazisində qeydə alınıb.
 
Avropa İttifaqının Bakıdakı Nümayəndəliyinə məxsus, Fuad Abbasovun idarə etdiyi “Audi” markalı, 050 D 001 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Afiqə Abbasovanın idarə etdiyi “Nissan” markalı maşınla toqquşub.
 
Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki maşına ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.