Aİ-nin xüsusi nümayəndəsi Bakıya gəlir

ai-nin-xususi-numayendesi-bakiya-gelir
Oxunma sayı: 1288

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Toivo Klaar yaxın zamanlarda Bakıya səfər edəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə APA-ya Avropa İttifaqının mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, T. Klaar Bakı, İrəvan və Tbilisiyə səfər etməyi planlaşdırır. Səfər Gürcüstandan başlayacaq. O gələn həftə Gürcüstanda Cenevrə Beynəlxalq Müzakirələri həmsədrlərinin hazırlıq məsləhətləşmələrində iştirak edəcək.