Aİ Rusiyadakı səfirini geri çağırır

ai-rusiyadaki-sefirini-geri-cagirir
Oxunma sayı: 1136

Avropa Birliyinin martın 22-də Brüsseldə keçirilən sammitində Aİ-nin Rusiyadakı səfirinin geri çağırılması barədə qərar qəbul edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə sammitdən sonra İsveçin baş naziri Stefan Leven bildirib.

Qərarın martın 4-də Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) keçmiş yüksək rütbəli zabiti Sergey Skripalın Londonda qızı ilə birlikdə zəhərlənməsi ilə əlaqəli olduğu bildirilir.

Ülviyyə