Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzatdı

ai-rusiyaya-qarsi-ferdi-sanksiyalarin-muddetini-uzatdi
Oxunma sayı: 664

Avropa İttifaqı Rusiyaya qarşı individual sanksiyaları uzadıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. 

Sanksiyalar 2019-cu ilin 15 martına qədər qüvvədə olacaq. Bura dondurulmuş aktivlər və səfər məhdudiyyətləri daxil edilib. 

Qeyd edək ki, 2014-cü ilin martında Aİ Ukraynanın ərazi bütövlüyü və suverenliyini pozmaqda ittiham etdiyi rusiya və ukraynalılara qarşı individual sanksiyalar tətbiq edib. O zamandan bəri sanksiyalar müntəzəm olaraq yarım il uzadılır.