Aİ Rusiyaya qarşı sanksiyaların müddətini artırdı

ai-rusiyaya-qarsi-sanksiyalarin-muddetini-artirdi
Oxunma sayı: 882

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı tətbiq olunan iqtisadi sanksiyaların müddətini daha 6 ay artırıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi xəbərə görə, 2018-ci ilin yanvarında başa çatacağı gözlənilən sanksiyaların müddəti iyulun 31-dək uzadılıb.  

Qeyd olunur ki, bu qərar Fransa prezidenti Emmanuel Makronla Almaniya kansleri Angela Merkelin Ukraynadakı münaqişənin nizamlanmasına dair Minsk razılaşmalarının tam həcmdə icra olunmaması haqqında təqdimatına əsasən verilib.