AİB 2012-ci il üçün proqnozunu dəyişdi

aib-2012-ci-il-ucun-proqnozunu-deyisdi
Oxunma sayı: 633

Hesabatda bildirilib ki, avrozonada və ABŞ iqtisadiyyatındakı problemlər Şərqi Asiyaya ciddi təsir göstərsə də, bu təsirləri idarə etmək mümkün olacaq.
“Avropada yaranan qarışıqlıq Şərqi Asiyadakı ticarət və maliyyə sektoru üçün problem yaradır. Ona görə də regiondakı qərarverici şəxslər qlobal iqtisadi geriləmənin qarşısını almaq üçün sürətlə, qətiyyətlə və kollektiv şəkildə fəaliyyət göstərməlidirlər” deyə AİB-in Regional İqtisadi İnteqrasiya Ofisinin rəhbəri Ayvan Azis bildirib.

Bu gün açıqlanan yarımillik hesabat 10 ASEAN ölkəsinin (Bruney, Kamboca, İndoneziya, Laos XDR, Malayziya, Myanmar, Filippin, Sinqapur, Tayland və Vyetnam) və Çin Xalq Respublikasının (ÇXR), Honqonkun, Koreyanın və Tayvanın iqtisadiyyatını dəyərləndirir.

AİB 2012-ci il üçün regionun artımı ilə bağlı proqnozunu 7.5%-də 7,2%-ə qədər aşağı salmalı olub. Bu il üçün artım əvvəlki kimi 7,5% səviyyəsində saxlanılıb.

Nigar Məmmədli