AİB: Asiyada iqtisadi artım orta səviyyədə olacaq

aib-asiyada-iqtisadi-artim-orta-seviyyede-olacaq-
Oxunma sayı: 659

“Qafqazinfo”nun məlumatına görə, bu haqda Asiya İnkişaf Bankının (AİB) Asiyanın İqtisadi Monitoru (AİM- Asia Economic Monitor) hesabatının bu gün açıqlanan iyul buraxılışında deyilir. Hesabatda, inkişaf edən Şərqi Asiya ölkələrində 2011-ci ildə ümumi ÜDM-in 7,9% faiz, 2012-ci ildə isə 7,7% faiz olacağı gözlənilir. 2010-cu ildə ümumi ÜDM 9,3% olub.

“İnkişaf edən Şərqi Asiya ölkələrinin əksəriyyətində iqtisadi artım zəifləyib, belə ki, ölkə hökumətləri inflyasiya ilə mübarizə aparmaq məqsədi ilə maliyyə stimullarını azaldıblar və pul siyasətini sərtləşdiriblər” deyə hesabatı hazırlayan AİB-in Regional İqtisadi İnteqrasiya şöbəsinin rəhbəri İvan Azis (Iwan Azis) bildirib. “Bu əslində yaxşıdır, ona görə ki, Çin Xalq Respublikası (ÇXR) kimi güclü iqtisadiyyatlar çox itki verməyəcək”.

AİM-in yarımillik hesabatı Cənub-Şərqi Asiya Xalqları Assosiasiyasının (ASEAN) 10 üzvünün, həmçinin ÇXR, Honq Konq, Cənubi Koyera və Tayvanın perspektivlərini qiymətləndirir. 2011-ci ildə ÇXR-in iqtisadi artımı ilin ilk rübündə 9,7%, ilin ikinci rübündə isə 9,5% təşkil edib. Xarici mühitin və sərt pul siyasətinin ÇXR-in iqtisadi inkişafını bu il üzrə 9,6%, 2012-ci il üçünsə 9,2% səviyyəsində saxlayacağı gözlənilir. Ticarətdən yüksək səviyədə asılı olan Honq Konq, Cənubi Koreya, Sinqapur və Tayvan kimi ölkələr daha davamlı və uzunmüddətli iqtisadi artım yolunu tutmalıdırlar, belə ki, xarici mühitə ixracat zəifləyir. ASEAN üzvləri arasında orta gəlirli ölkələr hesab edilən Malayziya, Filippin və Taylanda ixracatın azalması və sərt pul siyasəti ucbatından iqtisadi artım zəifləyəcək. Bu tendensiyanın əksinə olaraq İndoneziyada 2010-cu ildə 6,1% olan iqtisadi artımın 2011-ci ildə 6,4% təşkil edəcəyi gözlənilir.

AİB-in hesabatında o da qeyd olunur ki, artan inflyasiya əmək haqqı-qiymətlər spiralı ilə nəticələnə və regionun iqtisadi inkişafını zəiflədə bilər. Regionun gələcək perspektivi ilə bağlı digər risqlər kimi Yaponiya iqtisadiyyatının gözlənildiyindən daha gec bərpası, ABŞ-da və Avropada həll edilməmiş borc problemləri, maliyyə bazarında zəifliklərinin artması, kapital axınının qeyri-sabitliyi göstərilir.

Hesabatda həmçinin hökumətlərin yüksək əmtəə qiymətləri hesabına artan inflyasiya ilə necə mübarizə aparmalı olduqları haqda xüsusi bölmə var. Hesabatda bildirilir ki, hökumətlər bir sıra dövlət siyasətləri ilə bağlı praqmatik yanaşmaya əl atmaqla əmtəə qiymətlərinin sabit və qeyr-sabit dəyişkənliyi hesabına artan inflyasiya təsirlərini idarə edə bilərlər. Hesabatda həmçinin bildirilir ki, valyuta məzənnəsindəki çeviklik qlobal əmtəə qiymətlərinin yerli qiymətlərə təsirini azalda bilər.

Nigar Məmmədli