AİB Azərbaycana bir milyard dollar ayıracaq

aib-azerbaycana-bir-milyard-dollar-ayiracaq
Oxunma sayı: 636

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə AİB-in ölkədəki nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

“Həmin vəsaitlər əsasən Gəncə dolama yolunun, Masallı-Astara avtomagistralının və yardımçı yolların tikintisinə sərf olunub. 2011-ci il dekabrın sonlarında AİB İdarəsinin Masallı-Astara avtomagistralının tikintisinin davam etdirilməsinə 200 milyon dollar məbləğində üçüncü tranşı təsdiqləyəcəyi gözlənilir. Masallı-Astara yolunun tikintisinin 2013-cü ildə, Gəncə dolama yolunun tikintisinin isə 2012-ci ilin ortalarında başa çatacağı gözlənilir”, - Noroyono deyib.

Onun sözlərinə görə, AİB su təchizatı və kanalizasiya sektorunda layihələrə cari il ərzində təxminən 11 milyon dollar yönəldib.

“Naxçıvanda və Göyçaydakı su təchizatı və kanalizasiya sektorundakı layihələrə vəsait xərclənib. Bu şəhərlərdəki layihələr dəyəri 600 milyon dollar olan AİB su təchizatı və kanalizasiya üzrə investisiya proqramı çərçivəsində həyata keçirilir”, - Noroyono bildirib.

Multitranşlı maliyyələşdirmədən 300 milyon dollar məbləğində ikinci tranş AİB İdarəsi tərəfindən bu il, dekabrın sonlarında təsdiqlənəcək.

“Naxçıvanda, Göyçayda, Ağdaşda və Beyləqanda su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə kredit vəsaitləri ayrılacaq”, - Noroyono qeyd edib.

Onun sözlərinə görə, AİB energetika sahəsində elektrikötürücü xətlərin reabilitasiyası üçün 35 milyon dollar həcmində vəsait verib. Layihə çərçivəsində 280 kilometr uzunluğunda Mingəçevir SES-dən, "Şimal" eleketrik stansiyasından Hövsan qəsəbəsinə 97 kilometrlik 220 kilovoltluq iki konturlu EÖX-ün çəkilişi, eləcə də beş yarımstansiyanın tikintisi nəzərdə tutulub. Layihənin reallaşdırılması 2012-ci ildə başa çatacaq.

“Bu ilin ortalarında AİB Azərbaycandakı əməliyyatlar üzrə biznes planı təsdiqləyib. Biznes plana görə, 2011-2013-cü illər ərzində AİB Azərbaycanda layihələrin reallaşdırılmasına təqribən bir milyard dollar ayıracaq”, - Noroyono bildirib.