“Ailə həyatı onun şəxsi xoşbəxtliyidir” - Fotolar

“Ailə həyatı onun şəxsi xoşbəxtliyidir”
Oxunma sayı: 1966

Tanınmış müğənni, 2012-ci ildə Azərbaycanı “Eurovision” mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva instaqramda maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, 37 yaşlı pop ifaçısı fotolarını izləyiciləri ilə bölüşərək 5 ildir ki, evli olduğunu bildirib. 

Səbinə subay xanım və oğlanlara məsələhətlər verib:

“26 sentyabrda, 5 il əvvəl toyum olub. Hər bir insan üçün ailə həyatı onun şəxsi xoşbəxtliyidir. Təzə ailə quranlara səbrli və xoşbəxt olmağı arzu edirəm. Subay oğlanlara isə bol ruzi diləyirəm ki, öz həyatlarını qura bilsinlər. Qızlara isə demək istəyirəm ki, yaxşı qızlar olun”.

Qeyd edək ki, sənətçi 2012-ci ildə rejissor Cavidan Şərifovla ailə həyatı qurub. Cütlüyün 2016-cı ildə oğlan övladı dünyaya gəlib. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi