“Ailə tərbiyəsi görmüşəm” - Məleykə efirdə ağladı

aile-terbiyesi-gormusem
Oxunma sayı: 4501

Xalq artisti Məleykə Əsədova “Səhər-səhər” verilişində göz yaşlarını saxlaya bilməyib. “Qafqazinfo” xəbər verir ki, tanınmış aktrisa valideynlərindən danışarkən kövrəlməyə başlayıb. 

“Həyatla çox barışan insanam. Reallığı sevirəm. Ruhun varlığı bir reallıqdır. İndi qızıma hörmətim var. Çünki ailə tərbiyəsi görmüşəm. Özümə hörmət etdiyim üçün sizlərə hörmət edirəm.

Danışanda, sözü deyəndə düşünürəm. Deyirəm ki, görən bu sözü mənə desəydilər, necə olardi? Ona görə başqasına söz deyəndə 100 dəfə fikirləşmək lazımdır. Son günlər çox deyirəm: “Allahım, bizi mərdimazarlardan, şərdən, böhtandan qoru” – deyə Əsədova bildirib. 

Qeyd edək ki, bir müddətdir ki, xalq artisti həmkarı Ramiz Məliklə böyük bir qalmaqal yaşayıb.  Hətta, bu gərginlik məhkəməyə qədər gedib çıxıb. 

Məleykə Əsədovanın vəkili çıxış edərək deyib ki, Ramiz Məlik onun müvvəkkilinin anasına fahişə deyib və özünün geyimi ilə bağlı danışıb.

Ramiz Məlik isə artıq mətbuata açıqlama verərək üzr istədiyini bildirib. Proses 2018-ci il yanvarın 8-də davam etdiriləcək.

Xatırladaq ki, M.Əsədova R.Məlikdən onu təhqir etməsi iddiası ilə 200 min manat təzminat istəyib.

Video: A24.Az