“Ailə TV”nin ofisinə silahlı basqın - 1 nəfər yaralanıb

aile-tvnin-ofisine-silahli-basqin
Oxunma sayı: 910

Bakının Xətai rayonunda yerləşən “Ailə TV” kabel televiziyasının ofisinə silahlı basqın olub.

"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, naməlum şəxslər ofisin gözətçisini döyərək, ona xəsarətlər yetirib, daha sonra içərisində 3500 manat olan seyfi aparıblar.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

“Ailə TV” “Qafqazinfo”ya verilən məlumata görə, hadisə indi yox, mart ayında baş verib:

“Bu hadisə martın 15-də olub. Biz hüquq-mühafizə orqanlarına müraciət etmişik. Hazırda polis bu işlə məşğul olur. Silahlı basqın edən şəxslərlə bağlı hər hansı bir məlumatım yoxdur”.