“Ailəm məndən üz döndərmişdi, 250 min borcum var idi”- - Elməddin

ailem-menden-uz-dondermisdi-250-min-borcum-var-idi-
Oxunma sayı: 9637


Yumorist  Elməddin Cəfərov “Düzünü desək” verilişinin qonağı olub. “Qafqazinfo”nun məlumatına görə, aktyor 6 il əvvəl düşdüyü ağır depresiyadan söhbət açıb:

“Depresiyadan çıxış yolu intihar deyil. İndi intihar halları çoxalıb, körpü tapan kimi başına çıxırlar. 6il əvvəl serialımız başlayanda  ağır depresiyaya düşdüm. Bir yaxın dostum qohumumdan ev almışdı, ev tikilmədi. Ev satan adamı tutdular. İş mənim boynumda qaldı. Evdə hamı məndən üz döndərdi. 70-80 min arasında pul idi, evimi satmaq istədim, öyrəndim ki, məni  öz evimlə bağlı da aldadıblar. Başqa bir işə düzəldim, birinci iş yerimdən isə orada işlədiyim üçün məni məhkəməyə verib, 30 min cərimələdilər. Çıxmaq istədim, yenə məhkəməyə verdilər və 20 min də cərimələdilər. Borcum 250 minə çatdı. Ən böyük problem də o idi ki, mən ssenari yazıb, tamaşaçıları güldürməli idim. Teatr aktyorları çıxıb məni tənqid edirdilər. Mənə deyirdilər ki, sən peşəkar aktyor deyilsən. Məni depresiyadan dini təhsilim çıxardı, səbr etdim. Sonra işlərim düzəldi”.   

Könül