“Ailəmdən vacib heç nə yoxdur...” - Safura

ailemden-vacib-hec-ne-yoxdur
Oxunma sayı: 8849

Azərbaycanı “Eurovision 2010” mahnı müsabiqəsində təmsil edən Safura Əlizadə səhnə üçün darıxmadığını açıqlayıb. “Qafqazinfo” xəbər verir ki, Safura ailəsinin hər şeydən vacib olduğunu qeyd edib:

“Bu gün diqqətimi ətrafımda hər dəqiqə baş verən hadisələrə cəmləşdirməyə çalışdım.  O həmin məqam  idi ki, oğlum ağlayaraq şokolad istəyirdi. Qızım isə özündən böyük pijama geyinmişdi, ata dərsdən gələn oğlunu qarşılamaq üçün aşağı düşmüşdü.  Mən isə həyəcanla atanın  yelin qarşısında dayanaraq oğlunu gözləməsini müşahidə edirdim. Bunlar kiçik görünən, əslində isə dəyəri ölçülməyən anlardır.  Allaha mənə gözəl həyat verdiyinə görə minnətdaram. 

Mənə tez-tez verilən “Səhnə üçün darıxırsınız? Yenidən oxumaq istəyirsiniz?” sualına cavab vermək istəyirəm. Bu da sizə cavabım: Mənim üçün ailəmdən vacib heç nə yoxdur. İstəyirəm ki, hər günüm belə xoş qayğılarla başlasın və başa çatsın”.

Qeyd edək ki, S. Əlizadə mərhum nazir Natiq Əliyevin oğlu Fərhad Əliyevin ikinci həyat yoldaşıdır. F. Əliyev bundan əvvəl Sara Əliyeva ilə evli olub. Onun ilk xanımdan bir qızı, Safuradan isə iki övladı var.