“Ailəsindən bir oğlu yadigar qalıb, polisdir”

ailesinden-bir-oglu-yadigar-qalib-polisdir
Oxunma sayı: 2597

“Biz Xocalı faciəsindən sonra qarı sevmirik. Çünki bizim şəhidlərimizin qanı o ağ qarı qırmızı rəngə boyadı”.

“Qafqazinfo” xəbər verir ki, bunu Xocalı faciəsində yaxınlarını itirmiş Vərziyar Əliyeva Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən deyib. O bildirib ki, həyat yoldaşı Əbülfət Əliyev Xocalı hava limanının müdafiəsi zamanı son damla qanına qədər döyüşərək şəhid olub:

“Atam 57 yaşlı Hüseynov Mürşüd beşatılan tüfəngi ilə qəhrəmancasına döyüşüb və şəhid olub. Mən hələ də beşatılan gülləni saxlayıram. O hadisədə bacım ailəlikcə övladları ilə birgə itkin düşüb. Hələ də onlar haqqında məlumat yoxdur. Onun ailəsindən bir oğlu yadigar qalıb. Hazırda polisdir, övladı da var.

Bizim qadınlar da kişilərlə bərabər əllərindən gəldiyi qədər döyüşdülər. Biz hələ ölməmişik, yaşayırıq. Bizim qadınlarımız şəhidlərin övladlarını qeyrətlə böyütdülər”.

Günel Türksoy