Ailəsindən boşanan 29 yaşlı gənc özünü yandırdı

ailesinden-bosanan-29-yasli-genc-ozunu-yandirdi
Oxunma sayı: 1420

Qax sakini 29 yaşlı Tural İbrahimov üzərinə benzin tökərək özünü yandırıb.

"Qafqazinfo" Oxu.Az-a istinadən xəbər verir ki, bədəninin 40 faizi yanan T.İbrahimov vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə göndərilib.

Məlumata görə,T.İbrahimov bir müddət əvvəl ailəsindən boşanıb və hadisənin də ailə münaqişəsi zəminində baş verməsi ehtimal olunur.

Fakt araşdırılır.