“Air France” beynəlxalq uçuşların yarısını ləğv edib - İşçilər tətildə

air-france-beynelxalq-ucuslarin-yarisini-legv-edib
Oxunma sayı: 744

Fransanın “Aid France” aviaşirkəti işçilərin başlatdıqları tətil səbəbindən beynəlxalq uzun məsafəli uçuşların yarısını, ölkədaxili uçuşların isə bir qismini ləğv edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, işçilər çalışma şərtləri və şirkətin maaş siyasətinə etiraz edirlər. 

"Air France” işçilərinin təmsil edildiyi 10 ayrı həmkarlar ittifaqının yaydığı açıqlamada bildirilir ki, son 8 ildə 15 min insan işdən çıxarılıb və bu, dözülməz hal alıb. 

France İnfo televiziyasında çıxış edən "Air France”ın baş direktoru Franck Terner bildirib ki, işçilərin maaşlarına 6 faizlik artımla bağlı tələbləri mümkünsüzdür. Belə ki, şirkətin bunu qarşılaya biləcək imkanı yoxdur.