Airbus ilk uçan taksisini hazırladı - 2020-də satışa çıxır+Video

airbus-ilk-ucan-taksisini-hazirladi
Oxunma sayı: 2078

Airbus şirkəti ilk uçan "Alpha One" taksisinin görüntülərini yayıb.

Qafqazinfo” xəbər verir ki, sınaq uçuşu ABŞ-ın Oreqon ştatında baş tutub və 53 saniyə çəkib. İstehsalçıların sözlərinə görə, pilotsuz aparat 745 kiloqrama qədər yük daşıya bilər, lakin kabinədə ancaq bir sərnişin üçün yer var. 

Hava taksisi tamamilə elektriklə işləyir və bir neçə motora sahibdir. Taksi beş min metr yüksəkliyə kimi qalxa bilir. 

Şirkət məhsulu 2020-ci ildə bazara çıxarmağı planlaşdırır.