Aiselin klipi nə vaxt təqdim olunacaq?

Aiselin klipi nə vaxt təqdim olunacaq?
Oxunma sayı: 595

Xəbər verdiyim kimi, Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova (Aisel) “X my heart” adlı musiqi nömrəsi ilə çıxış edəcək.“Qafqazinfo” xəbər verir ki, mahnıya çəkilən klipin təqdim olunma vaxtı bəlli olub. 

Ekran işi çərşənbə günündən etibarən yayımlanmağa başlayacaq.  Bu barədə “İnfe Azerbaijan” səhifəsi məlumat yayıb. 

Bundan əlavə, Aisel Avropa səhnəsində ifa edəcəyi mahnı ilə bağlı İTV-yə açıqlama verib: “Studiyada musiqi yazılarkan,məndə xoş emosiyalar və ruh yüksəkliyi yaratdı. Mahnının sözləri ilə güclü bir bağlılıq hiss etdim. Bu mənim hamıya çatdırmaq istədiyim ismarıcdır: özünəinam səni hətta top mərmisindən də güclü edir. Sandra Byurmanın mahnının sözlərində mənim adımın ayın bir hissəsi ilə bağlılığını qeyd etməsi çox xoşuma gəldi.Sonda beynəlxalq komanda ilə çalışmağımdan çox məmnunam.

Azərbaycan, Böyük Britaniya, İsveç, Kipr, Portuqaliya, Rusiya, Ukrayınadan olan professionalların birgə işini vurğulamaq istəyərdim. Mənim üçün Avroviziya insanları musiqi vasitəsilə birləşdirən müsabiqədir. Bu tədbirdə ölkəmi təmsil etmək mənim üçün qürurvericidir”.

Qeyd edək ki, bəstə Londonda yazılıb. Səhnə quruluşu üzərində məşhur yunan Fokas Evangilinos çalışıb.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi