Ajda 5 milyona villa alır

ajda-5-milyona-villa-alir
Oxunma sayı: 1574

Türkiyənin pop ulduzu Ajda Pekkan özünə yeni villa alır.

“Qafqazinfo” xəbər verir ki, 72 yaşlı sənətçi doğulduğu və yeniyetməlik dövründə yaşadığı malikanəni almaq qərarına gəlib. 

Tarixi 360 villadan biri hesab edilən mülk 5 milyon dollara satışa qoyulub.  Bu xəbəri eşidən Pekkan həmin evə sahib olmaq istəyir. 

Xatırladaq ki, ifaçı digər villasını 25 min dollara kirayə verib. O, əvvəlcə evini 8 milyon 700 min dollara satışa çıxarsa da, alıcı tapa bilməyib.