Ajda məşhur fotosundan danışdı - “Baxıb örnək götürün”

Ajda məşhur fotosundan danışdı
Oxunma sayı: 1894

Ötən gün türkiyəli müğənni Ajda Pekkan instaqram səhifəsində paylaşdığı foto ilə gündəmi zəbt edib. 71 yaşlı ulduzun mətbəxtdə çəkdirdiyi şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, A. Pekkan fenomenə çevirilən paylaşım barədə “Kanal D”yə müsahibə verib. O, gənc qalmağının sirlərindən də söhbət açıb:

“Heç bir zaman gözəl bir qadın simvolu olmaq istəmədim. Amma hər zaman bədənimi qorudum. Forumda olmaq üçün genetika və idman çox önəmlidir. Qidanıza diqqət edin, amma yediklərinizi də çox da önəmsəməyin. Kabab da, balıq da yeyin.

İdman insanı çox dəyişdirir. Mənə baxın, örnək götürün. Mənim indiyənə kimi çoxdan dərtdən yanmağım lazım idi. Amma belə deyil, həyatdan asılacaqsan. Çünki sizdən başqa heç kimim yoxdur”. 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi