“Ajda Pekanı anası və bacısı...”

ajda-pekani-anasi-ve-bacisi
Oxunma sayı: 636

“Qafqazinfo”nun məlumatına görə, xalq artistinin sənətinə böyük dəyər verdiyi Selami Şahin söhbətə Bakı xatirələri ilə başlayıb. Paytaxtımızın qonaqpərvərliyindən məmnun qalan müğənni yenidən ölkəmizə gəlmək arzusunu dilə gətirib.

Selami Şahinin Azərbaycanda ən sevilən mahnılarından biri də “Özlədim”dir. Brilliant Dadaşovanın təşəbbüsü ilə verilişdə Mirzə Babayevin ifasında bu mahnı yayımlanıb. Əlbəttə ki, Brilliant xanım türk müsiqi mədəniyyətini təbliğ edən TMB kanalında Azərbaycan musiqisini, mədəniyyətini təbliğ etməsi, onun Azərbaycanın musiqi səfiri missiyasını belə uğurla davam etdirməsi sevindiricidir.

Azəri müğənni tərəfindən mahnısının ifa edilməsindən razı qaldığını söyləyən Selami Şahin mahnının maraqlı yaranma tarixindən də danışıb: “Konsertdən evə çox gec gəlmişdim. Qapının zəngini vurdum, lakin xanımım qapını gec açdı və incik halda “neredeydin, orada qalsaydın” dedi. Səhər yuxudan oyananda gördüm ki, başqa otaqda yatıb. Qələmi əlimə aldım və bu mahnının sözlərini yazdım. Gün ərzində bəstəsini də bitirdim. Aramızdakı küskünlük “Özlədim”in yaranmasına səbəb oldu”.

Veriliş boyunca Brilliant xanım Selami Şahinlə onun repertuarından 33 yaşı olan “Sənin də başın dərdə”, “Getmə, sənə möhtacım”, “Sənsiz olmuyor” və digər mahnılarını duet ifa ediblər. Şəxsi və iş həyatından, dostluqlarından, evliliyindən, övladlarından söhbət açan Selami Şahin “Türkiyədə söz yazarları, bəstəçilər yaxşı pul qazanmırlar” deyib.
“Heykəlinizi yaşarkən qoymusunuz” fikri ilə qonağının sənətinə sevgisini bildirən xanım Dadaşova digər bir türkiyəli müğənniyə də sevgisi maraqlı cümlə ilə ifa edib:” Mən düşünürəm ki, Ajda Pekanı anası və bacısı mənim qədər sevə bilməz”.

Aynur B.