Ajda Pekkanın heyvan sevgisi

Ajda Pekkanın heyvan sevgisi
Oxunma sayı: 125

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bir saat yarım səhnədə olan müğənni sərbəstliyi ilə diqqəti çəkib. Konsertin finalında müğənni ayaqqabılarını çıxararaq “Petrol” mahnısını ifa edib: “Avroviziona” indi getsəydim bu mahnı ilə daha uğurlu olardım”. Fanatları ilə də söhbət edən Pekkan heyvanları çox sevdiyini vurğulayıb: “Realibitasion mərkəzlərinin birində bala ayılar var idi. Anaları öldürülən ya da küçələrdə oynadılan körpə ayılar. Onların yuvaya ehtiyacları vardı. İndi fikirləşirəm ki, bəlkə bir ayı alım. Yəni ev dostum bir ayı olsun. Belə bir şey etsəm təəccüblənməyin”. Heyranlarına yemək kitabı çıxaracağını da açıqlayan Ajda Pekkan yeməyi çox sevdiyini də qeyd edib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi