Ajda qayıtdı - 1 gün sonra klip silindi

ajda-qayitdi
Oxunma sayı: 1634

Türkiyənin pop ulduzu Ajda Pekkan illər sonra söz və musiqisi Sinan Akçıla məxsus “Canın sağ olsun” adlı layihə ilə geri qayıtması səs-küysüz ötüşməyib.  

“Qafqazinfo” xəbər verir ki, sənətçinin sözügedən klipi 5 iyul tarixində “Youtube” yerləşdirilsə də, bir gün sonra paylaşım platformasından silinib. 

Buna səbəb mahnının Sinan Akçılın ifası ilə başlaması olub. Bundan narahat olan fanatlar “Ajdanın mahnısı niyə Sinan Akçılın səsiylə başlayır?” sualı ətrafında müzakirə aparıblar. Bundan sonra klipdə dəyişiklik edilib, Sinanın səsi çıxarılıb və klip yenidən “Youtube”a qoyulub.

Həmçinin Ajda bəzi səhnələrdə özünü bəyənməyib və sözügedən yerlərdə üzünü fotoşopla düzəltdirib.