Ajdaya görə ayrılmışdılar - 7 il sonra boşandılar

ajdaya-gore-ayrilmisdilar
Oxunma sayı: 1832

Türkiyənin məşhur pop ifaçısı Ajda Pekkana görə ayrılan iş xanımı Tuğçe Eyiliklə Bülent Çavuşoğlu boşanıblar.

“Qafqazinfo” xəbər verir ki, 7 il bundan əvvəl ayrılan cütlük rəsmi olaraq münasibətlərinə son qoyublar. 

Məhkəmənən qərarına əsasən, valideynlik hüququ T. Eyilikə verilib. Çavuşoğlu isə qarşı tərəfə  7 min TL aliment və xanımına xəyanət etdiyi üçün 550 min lirə təzminatla avtomobil verəcək. 

Qeyd edək ki, 2011-ci ildə Ajdanın Bülentlə sevgili olması barədə xəbər yayılmış,Tuğçe ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi.