AK nümayəndələri Quba Soyqırımı Kompleksini ziyarət ediblər

AK nümayəndələri Quba Soyqırımı Kompleksini ziyarət ediblər
Oxunma sayı: 455

Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyəti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan və Avropa İttifaqı ölkələri arasında nəqliyyat sektorunda əməkdaşlığın inkişafını və bir sıra layihələri müzakirə etmək məqsədi ilə Azərbaycanda səfərdədir.

"Qafqazinfo" xəbər verir ki, səfər çərçivəsində Avropa Komissiyasının nümayəndə heyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.

Eyni zamanda, nümayəndə heyəti, eləcə də Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Quba rayonunda səfərdə olublar. Nümayəndə heyəti Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Soyqırımı Memorial Kompleksini və ermənilərin xalqımıza qarşı həyata keçirdiyi kütləvi soyqırım nəticəsində həlak olmuş insanların kütləvi məzarlığını ziyarət edib. Ziyarətçilərə 2007-ci ilin aprelində aşkarlanmış Quba kütləvi məzarlığı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, kütləvi məzarlıqdan əksəriyyəti uşaq, qadın və qocalara məxsus olan 400-dən çox insanın sümükləri tapılıb.

Daha sonra ziyarətçilər Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olublar. Nümayəndə heyətinin rəhbəri Henrik Hololey Soyqırım Memorial Kompleksindəki Xatirə kitabına ürək sözlərini yazıb.

Eyni zamanda, nümayəndə heyəti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialında olan qonaqlara Azərbaycan xalçaçılıq sənəti haqqında geniş məlumat verilib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi