Akademiya ev almaq şərtini açıqladı

akademiya-ev-almaq-sertini-aciqladi
Oxunma sayı: 2501

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Abşeron rayon Saray qəsəbəsində tikiləcək kooperativ yaşayış evlərindən mənzil almaq üçün qoyulan tələbləri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, akademiyadan Trend-ə bildiriblər ki, yeni kooperativ yaşayış evləri yalnız AMEA əməkdaşları üçün inşa ediləcək. Mənzilin ümumi sahəsinin 1 kvadrat metrinin qiyməti 470 manata qədər olması nəzərdə tutulur.

Mənzil almaq üçün bir necə ödəniş qaydası təklif edilir.

Şərtlərdən biri budur ki, mənzilin dəyərinin 30%-i ilkin, qalan məbləğ isə 3 ilə veriləcək.

Digər təkliflər mənzilin dəyərinin 20%-inin ilkin, qalan məbləğin 2,5 ilə və mənzilin dəyərinin 10%-nin ilkin, qalanını 2 ilə ödəmək nəzərdə tutulur.