Akalın bu dəfə libasını fanatına hədiyyə etdi - “Satmağa icazə verirəm”

Akalın bu dəfə libasını fanatına hədiyyə etdi
Oxunma sayı: 1234

Türkiyəli müğənni Demet Akalın dünən verdiyi konsertdə geyindiyi ağ rəngli libasını ad gününü qeyd edən fanatlarından birinə hədiyyə edib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkədə açıqlama yayıb.

“Libasın “razrezləri” həqiqətən də son anda əllə tikilib. Bunu gözdən qaçırmayanlara halal olsun. Və bu paltarı doğum günü olan bir fanatıma hədiyyə etdim, satmasına icazə verirəm”.

Xatırladaq ki, D. Akalın bir müddət öncə 7 min lirəlik (təxminən 3100 AZN) çəkməsini fanatına hədiyyə etmiş, o isə çəkməni saytlardan birində satışa çıxarmışdı.

Bundan xəbər tutan Akalın xəyal qırıqlığı yaşamış və həmin fanatın çəkməni geri qaytarmasını istəmişdi: “Bəzən bəziləri həqiqətən heç nəyi haqq etməz. Hədiyyə xatirə kimi saxlanılar, satışa çıxarılmaz. Geri göndər... Mən qiymət verəcək həqiqi fanatıma verərəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi