Akif Çovdarov apellyasiya şikayəti verdi

akif-covdarov-apellyasiya-sikayeti-verdi
Oxunma sayı: 1670

Həbsdə olan MTN generalı Akif Çovdarov və polkovnik Səlim Məmmədov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 9 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilib. A.Çovdarov və S.Məmmədovun ailə üzvlərinin yaşadıqları evlər müsadirə edilməyərək özlərinə qaytarılıb. Vosmoy bazarı dövlət nəfinə müsadirə olunub. Karvansaray epizodu, zərərçəkən Qədim Ədilov epizodu üzrə cinayət işinə xitam verilib.

Murad Əhməd