Akif Çovdarova hökm oxundu - Yenilənib

akif-covdarova-hokm-oxundu
Oxunma sayı: 14101

Bu gün həbs edilən MTN generalı Akif Çovdarov və əməkdaşları, polkovnik Səlim  Məmmədov, Akif Əliyev, Orxan Osmanova hökm oxunacaq.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun icraatında olan prosesdə hakimlər kollegiyası adıçəkilən şəxslər barədə qərar verəcək. 

Hökmdə onların əmlaklarının müsadirə edilməsi, hərbi rütbələrinin alınıb-alınmamasına da baxılacaq. İstintaq zamanı təqsirləndirilən şəxslərin 33,5 milyon manatlıq mülkləri üzərinə həbs qoyulub.

Hökm saat 14:30-da Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan ediləcək.

Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək A.Çovdarovun 15 il, S.Məmmədovun 12 il, A.Əliyev və O.Osmanovun hər birinin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 

***

Hökmdə 16 nəfər mənəvi zərərçəkənlərlə bağlı mülki iddia təmin edilməyib.

***

Akif Çovdarov 12 il 

Səlim Məmmədov 11 il

Akif Əliyev 5 il

Orxan Osmanov 4 il

***

Maddi zərərçəkmişlərin bir neçəsinin mülki iddiası təmin edilib.

Çovdarov və digərlərinin əmlakının müsadirə olunaraq zərərçəkənlərə ödənilməsinə qərar verilib.

Vosmoy bazarı dövlət nəfinə müsadirə olunub. Karvansaray epizodu, zərərçəkən Qədim Ədilov epizodu üzrə cinayət işinə xitam verilib.

Səlim Məmmədovun pensiyası üzərinə qoyulan həbs götürülüb.

A.Çovdarov və S.Məmmədovun ailə üzvlərinin yaşadıqları evlər müsadirə edilməyərək özlərinə qaytarılıb.

***

Vəkillər hökmdən apellyasiya şikayəti verəcəklərini bildiriblər.

 

Murad Əhməd